5 Ekim 2013 Cumartesi

Təkcə bir sual : NİYƏ???

Qusar rayonunun Düztahir kəndində intihar hadisəsi baş verib.
iyunun 20-də qeydə alınan 1925-ci il təvəllüdlü Nurəddin Sərhəddin oğlu Məhsimov   tövləsində özünü asıb.
Dekabrın 24-də Oğuz rayonunda intihar hadisəsi baş verib.
1989-ci il təvəllüdlü Elsevər Nəsirov özünü öldürüb. O, yaşadığı evin həyətindəki ağacdan özünü asıb.
51 yaşlı Oğuz rayon sakini özünü öldürüb.

Daha bir müəmmalı əsgər ölümü

Daha bir əsgərin müəmmalı ölümü ölkə mediasının gündəminizə etdi.Beləki, Göyçay hərbi komissarlığından Qazax N saylı hərbi hissədə qulluğa çağırılan rayonun Kürdəmiş kəndinin sakini, 1991-ci il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu hərbixidmətdən tərxis olunmağa bir ay qalmış dünyasını dəyişib.

Azərbaycanda mətbuat azadlığının vəziyyəti daha da pisləşib

Son 10 ildə Mətbuat azadlığı sahəsində vəziyyət pisləşərəkən aşağı həddə düşüb. Freedom House təşkilatının yeni hesabatında belə deyilir.

Şimali Koreya ilə Türkmənistanda bu sahədə vəziyyətin daha pis olduğu bildirilir. Sonra kı yerlərdə isə Özbəkistan və Belarus gəlir. Gürcüstanla Ertməmnistan isə jurnalist fəaliyyəti üçün nisbətən təhlükəsiz ölkə sayılır.Azərbaycanda isə əksinə bu sahədə vəziyyətin pisləşdiyi bildirilir.

İmkan verin üzümüz seçək


Azərbaycanda daha bir əsgər ölümü

Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Namiq Nasif oğlu Pirməmmədov ölüb.

Korrupsiya ilə mübarizə effektlidirmi?

Azərbaycanda korrupsiya ilə mübarizə də öhdəlikılər sırasına aiddir. Bu məsələ ilə bağlı Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında da Korrupsiya cinayətlərini araşdıran xüsusi idarə fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə səmimi olmadığı qənaətindədir. Hökumət bir qayda olaraq aşağı ranqlı məmurların həbsini korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi kimi dəyərləndirir.

2 Ekim 2013 Çarşamba

AZƏRBAYCANDA NƏ QƏDƏR YOXSUL VAR?

Azərbaycanda yoxsulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 6 faizdir. Azərbaycanda yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin “obyektivliyinə” şübhə edən müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə ehtiyac olduğunu, lakin məlumatlara çıxışları olmadığını bildirirlər.  İqtisadçı ekspert Sabit Bağırov öz açıqlamasında deyib ki, yoxsulluq məhfumu ilə bağlı dünyada müxtəlif yanaşma vardır.